Rəsmi xronika
Azərbaycanlı alimin adı “Dünyada kim kimdir” jurnalının 29-cu nömrəsinə daxil edilmişdir
2012-04-16 20:12:00

Bakı, 16 aprel (AzərTAc). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun uğurları davam edir.
AMEA-dan AzərTAc-a bildirmişlər ki, institutun elmi-texniki informasiya şöbəsinin müdiri, kimya elmləri doktoru, professor Leylufər Əliyevanın adı “Dünyada kim kimdir” (Who's is Who in the World 2012-29 th edition) jurnalının 2012-ci ilin 29-cu nömrəsinə daxil edilmişdir.
Qeyd edək ki, professor L. Əliyeva 2010-cu ildə Amerika Kimyaçılar Cəmiyyətinin üzvü seçilmişdir.
 

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır
Dostuna göndər
© Copyright AzerTAc© All Rights Reserved.