Rəsmi xronika
Dünyanın ən qədim almazlarından sayılan “Beau Sancy” hərraca çıxarılacaqdır
2012-04-24 19:48:00

Bakı, 24 aprel (AzərTAc). Dünyanın ən qədim almazlarından biri hesab edilən 400 yaşı olan “Beau Sancy” hərraca çıxarılaraq satılacaqdır.
AzərTAc xarici KİV-ə istinadən xəbər verir ki, 34,98 karatlıq almazın ilkin qiyməti 4 milyon dollardır.
Hindistandakı Qolkonda şəhərinin yaxınlığındakı mədəndən çıxarılmış “Beau Sancy”nin sahibləri arasında Avropanın müxtəlif kral sülalələri olmuşdur. Almazın son sahibi isə Almaniya kralının sülaləsindən olan bir nəfərdir.
Hazırda Parisdə nümayiş olunan almaz London və Sürixdə də göstəriləndən sonra mayın 14-də Cenevrədəki hərracda satılacaqdır.
 

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır
Dostuna göndər
© Copyright AzerTAc© All Rights Reserved.