Rəsmi xronika
Samuxda Akademik Zərifə Əliyevanın anadan olmasının 89-cu ildönümünə həsr edilmiş ağacəkmə aksiyası keçirilmişdir
2012-04-27 21:40:00

Samux, 27 aprel (AzərTAc). Samux rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 89-cu ildönümünə həsr edilmiş ağacəkmə aksiyası keçirilmişdir.
AzərTAc xəbər verir ki, „Kür yolu“ adlanan ərazidə keçirilən aksiyaya rayonun bütün idarə, müəssisə və təşkilatlarının kollektivləri böyük həvəslə qoşulmuşlar.
İməcilik zamanı 5 hektar əraziyə 5 min ədəddən artıq yerli iqlim şəraitinə uyğun Eldar şamı əkilmişdir. Aksiyanın iştirakçıları, həmçinin ərazini tullantılardan təmizləmiş, mövcud ağaclara qulluq göstərmişlər.

 

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır
Dostuna göndər
© Copyright AzerTAc© All Rights Reserved.