Rəsmi xronika
Sumqayıtda saxta sənədlə avtomaşın satan şəxslər müəyyən edilmişdir
2012-04-27 22:50:00

Bakı, 27 aprel (AzərTAc). Cari ilin yanvar-fevral ayları ərzində Sumqayıt şəhər sakinləri Xəyyam Əliyev və Taleh Paşayevin Etibar Məmmədovun etimadını qazanaraq ona məxsus “VAZ-2106” və “VAZ-21099” markalı avtomaşınlara saxta sənəd düzəldərək satmaları müəyyən edilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, faktla bağlı araşdırmalar davam etdirilir.
 

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır
Dostuna göndər
© Copyright AzerTAc© All Rights Reserved.