Rəsmi xronika
Ulu öndər Heydər Əliyevin həyatı tarixi salnamədir
2012-04-28 05:02:00

Bakı, 28 aprel (AzərTAc). Aprelin 27-də Naxçıvan Müəllimlər İnstitutunda “Heydər Əliyevin həyatı tarixi salnamədir” mövzusunda növbəti lektoriya keçirilmişdir.
AzərTAc xəbər verir ki, institutun rektoru, professor Oruc Həsənli demişdir ki, ulu öndərin Azərbaycan xalqı qarısında göstərdiyi misilsiz xidmətlər onun şərəfli ömrünü tariximizin canlı səhifəsinə çevirmiş, bu ölməz şəxsiyyətə əbədiyaşarlıq hüququ qazandırmışdır.
Vətən və xalq qarşısında tarixi xidmətlər göstərmək yalnız dahi şəxsiyyətlərə xas olan xüsusiyyətdir. Ulu öndərimiz də məhz belə şəxsiyyət olduğundan milyonların yaddaşında əbədi yer tutmuşdur. Xeyirli əməllər sahibi, müqəddəs şəxsiyyət olan Heydər Əliyevin qurub-yaratdıqları, dərin düşüncəli ideyaları yalnız dünənki və bugünkü nəsillərə deyil, həm də gələcək nəsillərə xidmət edəcəkdir.
Dahi rəhbərin bütün fəaliyyətinin, atdığı addımların mahiyyəti yalnız xalqına xidmət etmək arzusundan doğurdu. Ürəyində Vətən sevgisi olan hər bir soydaşımız yaxşı bilir ki, işıqlı gələcəyimiz ulu öndərimizin zəngin irsini öyrənməkdə, onun vəsiyyətlərinə sədaqətlə əməl etməkdədir.
Bu gün Azərbaycanın qazandığı bütün uğurların əsası məhz Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Sonra institutun müəllimləri mövzu ilə bağlı tələbələrin suallarını cavablandırmışlar.
 

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır
Dostuna göndər
© Copyright AzerTAc© All Rights Reserved.