Rəsmi xronika
Qaz Anbarlarının İstismarı İdarəsində qazvurma mövsümü başlanmışdır
2012-04-28 10:49:00

Bakı, 28 aprel (AzərTAc). Respublikada havaların istiləşməsi və qaza tələbatın aşağı düşməsi ilə əlaqədar aprel ayının əvvəlindən etibarən anbarlara qazın vurulmasına başlanmışdır.
“Azneft” İstehsalat Birliyindən AzərTAc-a bildirmişlər ki, Qaradağ və “Qalmaz” yeraltı qaz anbarlarının kompressor sexlərində təmir-sazlama işləri aparılaraq iyirmi üç “10 QKN”, beş “MKS-12” markalı kompressor aqreqatı, onların köməkçi qurğu və avadanlığı, soyutma sistemləri hazır vəziyyətə gətirilərək işə salınmışdır. Hazırda 10 milyon kubmetrdən çox təbii qaz “Azəriqaz” İB-dən alınaraq yüksək təzyiqlə anbarlara vurulur.
Qeyd edək ki, “Qalmaz” və Qaradağ yeraltı qaz anbarları Qaz Anbarlarının İstismarı İdarəsinin nəzdində fəaliyyət göstərir.
 

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır
Dostuna göndər
© Copyright AzerTAc© All Rights Reserved.