Rəsmi xronika
“Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi keçirilmişdir
2012-05-01 12:59:00

Bakı, 1 may (AzərTAc). Naxçıvan Özəl Universitetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, universitetdə “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi keçirilmişdir.
Məşğələdə iştirak edən universitetin rektoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, professor İsmayıl Əliyev demişdir ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur. Ötən əsrin 90-cı illərinin əvvəllərində dövlət müstəqilliyimizin bərpasında və möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Məhz ümummilli liderimizin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın müstəqilliyi əbədi, dönməz xarakter almış, ölkəmiz bugünkü inkişafa, tərəqqiyə qovuşmuşdur.
Qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyevin siyasi kursu bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilərək müstəqil dövlətimizə böyük uğurlar gətirir. Böyük nailiyyətləri ilə bütün dünyanı heyran qoyan Azərbaycanın inkişafı ona regionun lider dövləti statusu qazandırmışdır. Bütün bunlar isə müstəqilliyimizi daha da möhkəmləndirir. Hər birimiz xalqımızın tarixi nailiyyəti olan müstəqilliyi göz bəbəyimiz kimi qorumalı, istiqlal yolumuzun əbədiliyi naminə dövlətçiliyimizi, ölkədəki daxili sabitliyi daha da möhkəmləndirmək üçün səy göstərməli, əsl vətəndaş fəallığı və təəssübkeşliyi nümayiş etdirməliyik.
Muxtar respublikada nail olunan yüksək inkişafdan da danışan natiq qeyd etmişdir ki, bu nailiyyətlər görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində mümkün olmuşdur.
Tədbirdə çıxış edənlər ölkəmizdə təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə əldə olunmuş nailiyyətlərdən danışmışlar.
Sonda tədbir iştirakçıları ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə baxmışlar.
 

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır
Dostuna göndər
© Copyright AzerTAc© All Rights Reserved.