Rəsmi xronika
Cinayətkar dəstə oğurluğa cəhd edərkən yaxalanmışdır
2012-05-07 17:29:00

Bakı, 7 may (AzərTAc). Gəncə şəhər sakinləri Aydın Qurbanov, Ülfət Qədimov və əvvəllər məhkum olunmuş Tural Həsənov Kəpəz Rayon Polis İdarəsi və Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, onlar şəhər sakini Rövşən Əmirova məxsus “UAZ” markalı avtomaşından oğurluğa cəhd göstərərkən yaxalanmışlar.
Aparılmış əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir Kİ, Gəncə şəhər sakinləri Eldəniz Məmmədhəsənov, Elsevər Abdullayev, Fiqan Tağıyev, Vüsal Hüseynov, İspəndiyar Əliyev və Zirəddin Həsənova məxsus müxtəlif markalı avtomobillərdən də oğurluq etmişlər.
Faktla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.
 

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır
Dostuna göndər
© Copyright AzerTAc© All Rights Reserved.