Rəsmi xronika
“Əl-Qaidə” silahlılarının hücumu nəticəsində Yəmən ordusunun qırx əsgəri həlak olmuşdur
2012-05-07 18:16:00

Bakı, 7 may (AzərTAc). Mayın 7-də “Əl-Qaidə” terrorçu təşkilatının Yəmən bölməsi silahlılarının Abyan əyalətinin Zincibar şəhəri hərbi bazasına hücumu nəticəsində qırx hərbi qulluqçu, həmçinin hökumət qoşunlarının dörd zabiti həlak olmuş, onlarca hərbi qulluqçu yaralanmışdır.
Hücum əməliyyatında onlarca silahlı iştirak etmişdir. Onlar əsgəri təchizat, artilleriya silahı və hərbi sursat ələ keçirmiş, 25 əsgər əsir götürmüşlər. Yəmən təhlükəsizlik qüvvələri təxmin etmişlər ki, hərbi qulluqçulara hücum “Əl-Qaidə”nin Yəmən bölməsinin başçısı Fəhd əl-Kasaanın mayın 6-da ABŞ Hərbi Qüvvələri tərəfindən məhv edilməsinə cavab reaksiyası olmuşdur.
 

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır
Dostuna göndər
© Copyright AzerTAc© All Rights Reserved.