Rəsmi xronika
Günəş enerjisi ilə işləyən ilk gəmi dünya turunu başa vurmuşdur
2012-05-08 14:59:00

Bakı, 8 may (AzərTAc). Gəminin 2010-cu ilin sentyabrında başlayan dünya səyahəti Fransanın Monako limanında sona çatmışdır.
AzərTAc xarici KİV-ə istinadən xəbər verir ki, Günəş enerjisi ilə işləyən ilk gəmi – “Planet Solar” 5 nəfərlik heyət üzvü ilə birlikdə 2010-cu ilin sentyabrında başladığı səyahəti Fransanın Monako limanında sona çatdırmışdır. Bu müddət ərzində uzunluğu 35, eni 23 metr olan gəmi 60 min kilometr qət etmişdir.
“Planet Solar” normal havada 500-600 kilovat elektrik istehsal edir və gəmini işlədir. Gəminin motorları, kompyuter sistemi, daxilindəki isti su belə günəş enerjisi vasitəsilə işləyir.
 

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır
Dostuna göndər
© Copyright AzerTAc© All Rights Reserved.