Rəsmi xronika
FHN-in yanğın-xilasediciləri 22 nəfəri yağış və sel sularından xilas etmişlər
2012-05-09 18:15:00

Bakı, 9 may (AzərTAc). Şamaxı rayonunun Bağırlı kəndi yaxınlığında yağış və sel sularının intensivləşməsi nəticəsində avtomobillərin və sərnişinlərin köməksiz vəziyyətdə yolda qalması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olmuşdur.
FHN-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, əraziyə cəlb olunmuş nazirliyin yanğın- xilasediciləri xüsusi alət, avadanlıq və avtomobillər vasitəsilə 22 nəfəri xilas edərək təhlükəsiz əraziyə aparmışlar.
 

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır
Dostuna göndər
© Copyright AzerTAc© All Rights Reserved.