Rəsmi xronika
Yasamal rayonunun ərazisində sərnişin avtobusu qəza törətmişdir, xəsarət alanlar vardır
2012-07-17 17:24:00

Bakı, 17 iyul (AzərTAc). Şəxsiyyəti hələlik müəyyən olunmamış sürücü idarə etdiyi 188 saylı xətt avtobusunu Yasamal rayonunun ərazisində maneəyə vurmuş və hadisə yerindən qaçmışdır. Nəticədə xəsarət almış sərnişinlər – paytaxt sakinləri Səadət Səlimovaya, Kamil Səlimova, İlkin Qasımova, Leyla Yəhyayevaya, Seyranə Məmmədovaya, Elmira Həsənovaya, Gültəkin İsgəndərovaya və Beyləqan rayon sakini Məhbubə Nəcəfovaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
 

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır
Dostuna göndər
© Copyright AzerTAc© All Rights Reserved.