Rəsmi xronika
Azərbaycan şahmatçısı Avropa çempionatında uğurla çıxış edir
2012-08-22 19:10:00

Bakı, 22 avqust (AzərTAc). Praqada şahmat üzrə Avropa çempionatı davam edir.
AzərTAc xəbər verir ki, Azərbaycan təmsilçisi Abdulla Qədimbəyli 10 yaşınadək şahmatçıların turnirində uğurla çıxış edir. O, beşinci turda bolqarıstanlı Martin Vasilevi məğlubiyyətə uğratmışdır. Abdulla 5 xalla 3-cü yerdə qərarlaşmışdır.
Zaur Məmmədov (18 yaşınadək) 4 xalla 4-cü yerdədir. Qızların turnirində iştirak edən Mələk İsmayılın (8 yaşınadək) da 4 xalı vardır, lakin o, 3-cü yerdədir.
 

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır
Dostuna göndər
© Copyright AzerTAc© All Rights Reserved.