Rəsmi xronika
ARDNF-in gələn il üçün büdcə layihəsi hazırdır
2012-09-20 02:55:00

Bakı, 20 sentyabr (AzərTAc). Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2013-cü il üçün büdcəsinin layihəsi hazırdır.
Bu sözləri AzərTAc–a verdiyi açıqlamasında Fondun icraçı direktoru Şahmar Mövsümov demişdir.
Fondun icraçı direktorunun sözlərinə görə, ARDNF gələn il üçün büdcə layihəsini artıq Nazirlər Kabinetinə təqdim etmişdir. Sənəddə ARDNF-in gələn il vəsait ayıracağı layihələr də əksini tapmışdır.
 

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır
Dostuna göndər
© Copyright AzerTAc© All Rights Reserved.