Rəsmi xronika
Futbol üzrə U-17 UNICEF qızlar liqasının cari mövsümünə yekun vurulmuşdur
2013-06-21 17:43:00

Bakı, 21 iyun (AzərTAc). Bayıl stadionunda keçirilmiş iki oyunla futbol üzrə U-17 UNICEF qızlar liqasının cari mövsümünə yekun vurulmuşdur.
AzərTAc xəbər verir ki, üçüncü yer uğrunda oyunda “Sumqayıt” və “Tovuz” komandaları qarşılaşmışlar. Oyunda 7:0 hesabı ilə qalib gələn “Sumqayıt” komandası yarışı üçüncü pillədə başa vurmuşdur.
“Zaqatala” və UGİM-9 komandaları arasında final qarşılaşması isə 3:0 hesabı ilə UGİM-9 kollektivinin xeyrinə başa çatmışdır.
Final oyunundan sonra mükafatlandırma mərasimi keçirilmişdir.

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır
Dostuna göndər
© Copyright AzerTAc© All Rights Reserved.